BMT dünyada terror təşkilatlarına qoşulan xarici silahlıların sayını açıqlayıb

BMT dünyada terror təşkilatlarına qoşulan xarici silahlıların sayını açıqlayıb Jan-Pol Laborde: "Terror təhlükəsi daim qalır və, təəssüf ki, realdır"
Digər ölkələr
23 İyul , 2016 10:28
BMT dünyada terror təşkilatlarına qoşulan xarici silahlıların sayını açıqlayıb

Bakı. 23 iyul. REPORT.AZ/ "Yalnız bu ilin Ramazan ayı ərzində "İslam Dövləti" (İŞİD) qruplaşması 16 ölkədə 393 hücum həyata keçirib. Hücumların əksəriyyəti İraq və Suriyada baş verib. 

"Report" BMT-nin Xəbərlər Mərkəzinə istinadən xəbər verir ki, bu barədə BMT Antiterror Komitəsinin icraçı direktoru Jan-Pol Laborde bildirib. 

"Bu gün bu və ya başqa terror təşkilatlarının tərkibində dünyanın 100 ölkəsindən 30 minə yaxın xarici silahlı fəaliyyət göstərir. Terrorizm qlobal təhlükədir", - Laborde deyib. 

O vurğulayıb ki, terror təhlükəsi daim qalır və təəssüf ki, realdır: "Ayrı-ayrılıqda ölkələr bununla mübarizə apara bilməyəcək." 

Son xəbərlər

Orphus sistemi