​BMT: "Dünyada mühacirlərin sayı 244 mln. nəfərə çatıb"

​BMT: "Dünyada mühacirlərin sayı 244 mln. nəfərə çatıb" Bu göstəricinin təqribən 20 milyonunu qaçqınlar təşkil edir
Digər ölkələr
12 Yanvar , 2016 22:02
​BMT: Dünyada mühacirlərin sayı 244 mln. nəfərə çatıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Son 15 il ərzində dünyada miqrantların sayı 41 faiz artıb və 2015-ci ildə 244 milyon nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilir.

Bu göstəricinin təqribən 20 milyonunu qaçqınlar təşkil edir. Beynəlxalq mühacirlərin say artımı dünya əhalisinin artım tempini üstələyir. Nəticədə 2015-ci ildə miqrantların planet sakinlərinin ümumi sayı arasında payı 2000-ci ilin 2,8 faizinə nisbətdə 3,3 faizə çatıb.

Son xəbərlər

Orphus sistemi