BMT: Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

BMT: Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb "Bir çoxları artıq onillərdir ki, bu vəziyyətdədir"
Digər ölkələr
31 Yanvar , 2015 11:06
BMT: Dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün İkinci Dünya Müharibəsindən sonra dünyada məcburi köçkünlərin sayı rekord həddə çatıb. Onların sayı artıq 33 mln. nəfəri ötüb. Bir çoxları artıq onillərdir ki, bu vəziyyətdədir. "Report" xəbər verir ki, bu barədə BMT Fövqəladə Yardım koordinatorunun müavini Kan Gün Va Təhlükəsizlik Şurasının silahlı münaqişələr şəraitində mülki şəxslərin müdafiəsinə həsr olunan  iclasında bildirib. 

O qeyd edib ki, müasir münaqişələr qurbanların əksəriyyətini təşkil edən mülki şəxslərin vəziyyətinə mənfi təsir göstərir. "Hazırda həmişəkindən daha çox mülki şəxslərin müdafiəsi bizim gündəliyimizin başında gəlməlidir",- BMT-nin koordinator müavini bildirib. 

O, vurğulayıb ki, 2014-cü ilin əvvəllərində BMT 52 milyon insana yardım etmək üçün vəsait vermək çağırışı ilə donor ölkələrə müraciət edib. İlin sonuna artıq, 76 milyon şəxsin yardıma ehtiyacı olub. 

Son xəbərlər

Orphus sistemi