BMT: Ötən ilin dekabrında Yəməndə 80-dən çox mülki vətəndaş həlak olub

BMT: Ötən ilin dekabrında Yəməndə 80-dən çox mülki vətəndaş həlak olub Yəməndə münaqişə başlanan zamandan bu vaxtadək ən azı 2 795 mülki vətəndaş həyatını itirib, 5 324 nəfər yaralanıb
Digər ölkələr
5 Yanvar , 2016 19:56
BMT: Ötən ilin dekabrında Yəməndə 80-dən çox mülki vətəndaş həlak olub

Bakı. 5 yanvar. REPORT.AZ/ Regionda hökm sürən qısamüddətli atəşkəsə baxmayaraq, dekabrda Yəməndə ən azı 81 nəfər həlak olub.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin insan haqları üzrə ali komissarının mətbuat katibi Rupert Kolvill bildirib.

"Frans Press" agentliyinin verdiyi məlumata görə, dekabr ayı ərzində hava hücümları zamanı ən azı 62 dinc sakin həyatını itirib. 11 nəfər sivil sakin husi və onların müttəfiqləri tərəfindən həyata keçirilmiş əməliyyatlar nəticəsində həlak olub. Daha 8 mülki vətəndaşın ölümündə günahkar olan qüvvələri müəyyənləşdirmək hələlik mümkün olmayıb.

BMT-nin məlumatına görə, Yəməndə münaqişə başlanan zamandan bu vaxtadək, yəni mart ayından ən azı 2 795 mülki vətəndaş həyatını itirib, 5 324 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi