BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağını qınayıb - YENİLƏNİB

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağını qınayıb - YENİLƏNİB Venesuelanın BMT-dəki daimi nümayəndəsi: "TŞ üzvləri bu cür ciddi pozuntulara cavab verəcək tədbirlərin olduğu yeni qətnamə qəbul edəcək"
Digər ölkələr
8 Fevral , 2016 09:41
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağını qınayıb - YENİLƏNİB

Bakı. 8 fevral. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası KXDR-in ballistik raketdən istifadə etməsini qınayıb və bunu Şuranın qətnaməsini növbəti dəfə pozmaq halı kimi qəbul edib. "Report"un xəbərinə görə, bu barədə Venesuelanın BMT-dəki daimi nümayəndəsi (fevralda TŞ-nin sədri) Rafael Ramires məlumat verib.

Bazar günü BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxması ilə əlaqədar olaraq növbədənkənar iclas keçirib.

Ramires Pxenyanın hərəkətlərini BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi şəkildə pozulması adlandırıb.

TŞ-nin mətbuat üçün qəbul edilmiş bəyanatında deyilir: "Ballistik texnologiya ilə həyata keçirilmiş raket buraxılışı - hətta o, sputnik və ya kosmik gəmi buraxılışı kimi təsnifləşdirilərsə belə - nüvə silahı texnologiyasının inkişafına töhfə verir".
"TŞ üzvləri bu cür ciddi pozuntulara cavab verəcək tədbirlərin olduğu yeni qətnamə qəbul edəcək", - Ramires məsələyə münasibət bildirib. O, qətnamə lahihəsi üzərində işlərin yaxın günlərdə davam etdiriləcəyini də əlavə edib.
Qətnamənin müəllifi kimi ABŞ tərəfi çıxış edəcək, lakin diplomatlar sənədin hazırlanma tarixi ilə bağlı məlumat vermir.

***21:17

Bakı. 7 fevral. REPORT.AZ/ BMT-də Təhlükəsizlik Şurasının Şimali Koreyanın səmaya ballistik raket buraxması ilə əlaqədar olaraq növbədənkənar iclası başlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 20.00-da başlayıb və qapalı rejimdə keçirilir.

Venesuelanın BMT-dəki daimi nümayəndəsi Rafael Ramires bildirib ki, məsləhətləşmələr zamanı, həmçinin mətbuat üçün bəyanat da təsdiq ediləcək.

Son xəbərlər

Orphus sistemi