BMT baş katibinin nümayəndəsi yerli barışıq yaratmaq üçün Hələbə gəlib

BMT baş katibinin nümayəndəsi yerli barışıq yaratmaq üçün Hələbə gəlib Suriya xalqına ağır zərbə dəyib, əhali humanitar yardıma ehtiyac duyur
Digər ölkələr
3 Mart , 2015 12:50
BMT baş katibinin nümayəndəsi yerli barışıq yaratmaq üçün Hələbə gəlib

Bakı. 3 mart. REPORT.AZ/ BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura hökumət qüvvələri və üsyançılar arasında yerli barışıq yaratmaq üçün Suriyanın Hələb şəhərinə gəlib. "Report" "TASS"a istinadən xəbər verir ki, şəhərin bir məhəlləsində tətbiq olunan barışıq, bütün meqapolisə yayılmalıdır. 

Suriyanın ticari-iqtisadi paytaxtı hesab edilən Hələb (Dəməşqdən 360 km şimalda yerləşir) 2012-ci ilin avqust ayından 2 hissəyə parçalanıb: onun qərb məhəllələrini Suriya ordusu müdafiə edir, şərq məhəllərinə isə silahlı qruplaşmalar nəzarət edir. 

Şəhər güclü dağıntılara məruz qalıb. İtalyan diplomatın səfərinin məqsədi əhaliyə tezliklə humanitar yardım göstərmək üçün şəhərdə hərbi əməliyyatları durdurmaq cəhdidir. 

Son xəbərlər

Orphus sistemi