​BMT baş katibinin xüsusi təmsilçisi: "Suriyada federal dövlətin yaradılması məsələsi də müzakirə edilə bilər"

​BMT baş katibinin xüsusi təmsilçisi: "Suriyada federal dövlətin yaradılması məsələsi də müzakirə edilə bilər" Staffan de Mistura tamformatlı görüşün keçiriləcəyi tarixini də açıqlayıb
Digər ölkələr
11 Mart , 2016 12:45
​BMT baş katibinin xüsusi təmsilçisi: Suriyada federal dövlətin yaradılması məsələsi də müzakirə edilə bilər

Bakı. 11 mart. REPORT.AZ/ Suriyadakı münaqişənin tənzimlənməsi ilə bağlı daışıqların martın 14-də tam formatda Cenevrədə keçirilməsi planlaşdırılır.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura bildirib.

Onun sözlərinə görə, nümayəndələr martın 11-dən Cenevrəyə gəlməyə başlayıb və Nyu-Yorkdan olan təmsilçilərlə ilkin müzakirə martın 9-da keçirilib.

"Suriyalılar ölkənin bölünməsinə qarşıdır. Bununla belə federal dövlətin yaradılması məsələsi də müzakirə edilə bilər", - deyə Staffan de Mistura vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi