​BMT Baş katibi Yəmən prezidenti və müxalifət liderlərinin humanitar atəşkəs barədə razılıqlarını alıb

​BMT Baş katibi Yəmən prezidenti və müxalifət liderlərinin humanitar atəşkəs barədə razılıqlarını alıb Bu gün Yəməndə 21 milyondan artıq insanın beynəlxalq yardıma ehtiyacı var
Digər ölkələr
10 İyul , 2015 10:38
​BMT Baş katibi Yəmən prezidenti və müxalifət liderlərinin humanitar atəşkəs barədə razılıqlarını alıb

Bakı. 10 iyul. REPORT.AZ/ BMT Baş katibi Pan Gi Mun Yəmən prezidenti Hadi və müxalifət liderlərinin, o cümlədən "Əl-Husi" hərəkatı və Ümumxalq Konqresinin humanitar məqsədlər üçün müvəqqəti atəşkəs rejiminin elan olunması üzrə razılıq əldə edib və həmin atəşkəs haqqında bu gün elan olunacağı gözlənilir. Bu barədə "Report" BMT İnformasiya Mərkəzinə istinadən xəbər verir.

"BMT Baş katibi Yəməndə münaqişənin bütün tərəflərinin qeyd-şərtsiz olaraq cümə günü saat 23:59-dan başlayacaq və Ramazan ayının sonuna qədər davam edəcək humanitar atəşkəsə riayət edəcəklərinə ümid edir", - BMT mətbuat katibinin Pan Gi Munun adından yaydığı bəyanatda deyilir.

BMT-nin Humanitar yardımların koordinasiya idarəsindən bildirilib ki, Yəməndə 21 milyondan artıq insanın bu gün beynəlxalq yardıma ehtiyacı var. Bu ölkə əhalisinin ümumi sayının 80 faizini təşkil edir.

BMT Baş katibi münaqişənin bütün tərəflərini vətəndaşları qorumaq və ölkədə humanitar fəlakətin qarşısını almaq üçün öhdəliklərinə əməl etməyə çağırıb.  

Son xəbərlər

Orphus sistemi