BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir

BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir Aprelin 12-14-də BMT-yə üzv dövlətlər namizədlərlə görüşlər keçirməyə başlayacaq
Digər ölkələr
27 Fevral , 2016 10:24
BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir

Bakı. 27 Fevral. REPORT.AZ/ "Bu gün üçün BMT baş katibi vəzifəsinə altı rəsmi namizəd iddia edir. Onların hamısı Şərqi Avropa regionundandır".

"Report" bunu keçirdiyi brifinqdə jurnalistlərə açıqlamasında BMT-nin Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft deyib.

"Namizədlərin üçü kişi, üçü qadındır. Bunlar Srcan Kərim (Makedoniya), Vesna Pusiç (Xorvatiya), İqor Lukşiç (Monteneqro), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan) və Natalya Germandır (Moldova)", - deyə Mogens Lyukketoft bildirib.

O, gələcək baş katibin seçim prosesinin şəffaf olacağını qeyd edib. Sədr ilk dəfə BMT-nin 193 üzvünün hamısının seçkilərdə iştirak edəcəyini bildirib.

M.Lyukketoftun sözlərinə görə, aprelin 12-14-də BMT-yə üzv dövlətlər namizədlərlə görüşlər keçirməyə başlayacaq.

Son xəbərlər

Orphus sistemi