BMT baş katibi Kubaya səfər edib

BMT baş katibi Kubaya səfər edib Pan Gi Mun Kolumbiya hökuməti ilə inqilabçı silahlı qüvvələr arasında sazişin imzalanması mərasimində iştirak edəcək
Digər ölkələr
23 İyun , 2016 12:27
BMT baş katibi Kubaya səfər edib

Bakı. 23 iyun. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun Kubanın paytaxtı Havanaya səfər edib.

"Report" xəbər verir ki, səfəri zamanı Pan Gi Mun Kolumbiya hökuməti ilə inqilabçı silahlı qüvvələr arasında atəşkəs elan edilməsiylə bağlı ikitərəfli sazişin imzalanması mərasimində iştirak edəcək.

İmza mərasimində, həmçinin BMT Baş Assambleyasının 70-ci sessiyasının sədri Mogens Lyukketoft və BMT Təhlükəsizlik Şurasının iyun ayındakı sədri, Fransanın BMT-dəki daimi nümayəndəsi Fransua Dellatr iştirak edəcək.

Kolumbiyanın inqilabçı silahlı qüvvələri son 32 ay ərzində hökumətlə danışıqlar aparıb. Tərəflər yarım əsrdən artıq müddətdə davam edən və 250 min adamın ölümünə səbəb olmuş münaqişənin birdəfəlik yekunlaşdırılması üzrə ortaq məxrəcə gəlməyə çalışır.

Qeyd edək ki, daha əvvəl Pan Gi Mun Kolumbiyada sülh prosesinin təşviqində fəal iştiraklarına görə, Kuba və Norveç, eləcə də Çili və Venesuelanın rolunu alqışlamışdı.

BMT baş katibi Kubaya səfəri zamanı, həmçinin çoxsaylı ikitərəfli görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi