​BMT baş katibi: "İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər"

​BMT baş katibi: "İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər" O, İŞİD-in əsirliyində olan insanların təhlükəsizliyindən narahatçılığını ifadə edib
Digər ölkələr
4 Avqust , 2016 07:42
​BMT baş katibi: İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər

Bakı. 4 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşmasının 2014-cü ildə İraqın Sincar şəhərində törətdiyi əməllər insanlığa qarşı cinayət və hətta soyqırımı hesab oluna bilər.

"Report" xəbər verir ki, bu fikri çərşənbə günü BMT-nin baş katibi Pan Gi Mun səsləndirib.

O, bununla əlaqədar ölkədəki vəziyyəti Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin müzakirəsinə çatdırmağı təklif edib.

Eyni zamanda baş katib hazırda İŞİD-in əsirliyində olan insanların təhlükəsizliyi ilə bağlı narahatçılığını ifadə edib və qeyd edib ki, onların azad olunması hərbi əməliyyatların prioritet hədəfi olmalıdır.

Xatırladaq ki, İraqın Sincar şəhəri 2014-cü ilin avqustunda terrorçuların əlinə keçib və yalnız 2015-ci ilin sonunda azad olunub.

Son xəbərlər

Orphus sistemi