​BMT baş katibi İran və "altılıq" arasında sazişin əldə olunmasını alqışlayıb

​BMT baş katibi İran və "altılıq" arasında sazişin əldə olunmasını alqışlayıb "BMT bu mühüm və tarixi sazişin həyata keçirilməsində tərəflərlə tam əməkdaşlıq etməyə hazırdır"
Digər ölkələr
14 İyul , 2015 15:49
​BMT baş katibi İran və altılıq arasında sazişin əldə olunmasını alqışlayıb

Bakı. 14 iyul. REPORT.AZ/ BMT baş katibi Pan Gi Mun İranın nüvə proqramı ilə bağlı İran və "altılıq" ölkələri arasında sazişin əldə olunmasını alqışlayır.

"Report" Birləşmiş Millətlər Təşkilatının mətbuat xidmətinə istinadən xəbər verir ki, Pan Gi Mun bu tarixi razılaşmanı alqışladığını söyləyərək qeyd edib ki, bu saziş dialoqun nə dərəcədə dəyərli olmasının nümayişidir.

"Mən bilirəm ki, bu nöqtəyə çatmaq üçün böyük əmək sərf olunub və gərgin işlər görülüb. Mən danışıqlar aparan nümayəndə heyətlərinin məqsədyönlü işinə və sazişi təsdiqləyən liderlərin cəsarətinə heyran olmuşam", - BMT baş katibi bildirib.

Pan Gi Mun ümid və inam ifadə edərək deyib ki, bu müqavilə qarşılıqlı anlaşma və əməkdaşlığa gətirib çıxaracaq: "BMT bu mühüm və tarixi sazişin həyata keçirilməsində tərəflərlə tam əməkdaşlıq etməyə hazırdır".

Son xəbərlər

Orphus sistemi