​BMT: Ay ərzində İraqda 1100 nəfər həyatını itirib

​BMT: Ay ərzində İraqda 1100 nəfər həyatını itirib Onların 600 nəfəri dinc sakinlərdir
Digər ölkələr
1 Mart , 2015 19:05
​BMT: Ay ərzində İraqda 1100 nəfər həyatını itirib

Bakı. 1 mart. REPORT.AZ/ İraqda fevral ayı ərzində 1100 nəfər zorakılığın qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəki missiyası məlumat yayıb.

Ölənlərin 600 nəfəri dinc sakin, qalanları isə polis və hərbçilərdir. Təqribən 2 min nəfər yaralanıb.

BMT ekspertləri hazırladıqları hesabatda yalnız İraq hökumətinin nəzarəti altında olan ərazilər üzrə statistikanın öz əksini tapdığını bildiriblər.

Hazırda ölkənin əhəmiyyətli hissəsi "İraq-Şam İslam Dövləti" terror qruplaşması üzvlərinin nəzarəti altındadır və oradakı zorakılıq qurbanları barədə etibarlı məlumat daxil olmur.

Son xəbərlər

Orphus sistemi