​BMT: Aprel ayında İraqda 741 nəfər həlak olub

​BMT: Aprel ayında İraqda 741 nəfər həlak olub Ötən ay bu ölkədə 1375 nəfər yaralanıb.
Digər ölkələr
1 May , 2016 20:28
​BMT: Aprel ayında İraqda 741 nəfər həlak olub

Bakı. 1 May. REPORT.AZ/ Aprel ayında İraqda baş vermiş zorakılıq, qarşıdurma, hərbi toqquşmalar nəticəsində 741 nəfər həlak olub, 1375 nəfər yaralanıb. "Report" "TASS"a istinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin İraq üzrə Missiyasının aylıq hesabatında yer alıb.

Hesabatda bildirilir ki, ötən ay bu ölkədə həyatını itirənlərin 410 nəfəri, yaralananların isə 973 nəfəri mülki şəxslər olub.

Mart ayında isə İraqda 1119 nəfər ölüb, 1561 sakin yaralanıb.

Son xəbərlər

Orphus sistemi