BMT 2015-ci ildə humanitar çağırışla donorlara müraciət edib

BMT 2015-ci ildə humanitar çağırışla donorlara müraciət edib Dünyanın müxtəlif hissələrində on milyonla insana yardım etmək üçün 16,4 mlrd. dollar istənilib
Digər ölkələr
9 Dekabr , 2014 10:04
BMT 2015-ci ildə humanitar çağırışla donorlara müraciət edib
Bakı. 9 dekabr. REPORT.AZ/ BMT humanitar məsələlər üzrə  baş katibin müavini, fövqəladə yardım koordinatoru Valeri Amos gələn il BMT sisteminin idarə və agentliklərinin humanitar fəaliyyəti üçün könüllü ödəmələrin təqdim olunması haqqında çağırışla donorlara müraciət edib. "Report" BMT Xəbər Mərkəzinə istinadən xəbər verir ki, 2015-ci il üçün dünyanın müxtəlif hissələrində on milyonla insana yardım etmək üçün 16,4 mlrd. dollar istənilib.

Donorlardan istənilən vəsait münaqişə və təbii fəlakət nəticəsində zərər çəkmiş əhaliyə təcili yardımın göstərilməsinə, aclıq çəkənlərin ərzaqla təmin olunmasına, xəstələrə tibbi yardımın göstrilməsinə, qaçqın və köçkünlərə sərf olunacaq.
"Bu vəsaitin 80%-ni biz münaqişələrin olduğu ölkələrdə istifadə etmək niyyətindəyik", - Valeri Amos bildirib.  
Tələb olunan 16,4 mlrd. dollar 57,5 mln. insanın ehtiyaclarını ödəmək üçün sərf olunacaq. 
Təxminən 70% vəsait Cənubi Afrika Respublikası, İraq, Cənubi Sudan və Suriyada humanitar böhranın aradan qaldırılması üçün istifadə olunacaq. Pulların bir hissəsi Əfqanıstan, Konqo Demokratik Respublikası, Myanma, Fələstinin işğal olunmuş əraziləri, Somali, Ukrayna və Yəməndə humanitar layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi