​BMT: 2015-ci ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 65,3 milyon nəfərə çatıb

​BMT: 2015-ci ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 65,3 milyon nəfərə çatıb Ötən il qaçqınların sayı 2014-cü illə mqayisədə 5,8 milyon nəfər artıb
Digər ölkələr
21 İyun , 2016 05:30
​BMT: 2015-ci ildə dünyada qaçqın və məcburi köçkünlərin sayı 65,3 milyon nəfərə çatıb

Bakı. 21 iyun. REPORT.AZ/ Türkiyə qapılarını qaçqınların üzünə açan dövlətlərin siyahısına liderlik edir. "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqladığı hesabatda bildirilib.

Hesabata əsasən hazırda Türkiyədə 2,5 milyon nəfərə yaxın suriyalı qaçqın var. Siyahıya əsasən Pakistanda 1,6 milyon nəfər qaçqın yaşayır. Livanda 1,2 milyon, İranda isə 976 min 400 nəfər sığınacaq tapıb. Bu rəqəm Efiopiyada 736 min 100 nəfər, İordaniyada 664 min 100 nəfər təşkil edir.

Hesabatda bildirilir ki, ötən il dünyada öz evlərini tərk etməyə məcbur olmuş qaçqın, məcburi köçkünlərin sayı 65,3 milyon nəfərə çatıb. 2015-ci ildə qaçqınların sayı 2014-cü illə mqayisədə 5,8 milyon nəfər artıb. 

Son xəbərlər

Orphus sistemi