BMqT: İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant gəlib

BMqT: İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant gəlib Ötən il Aralıq dənizində ilin ilk dörd ayı ərzində 1733 nəfər ölüb, bu il göstərici 22% azalıb
Digər ölkələr
3 May , 2016 13:42
BMqT: İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant gəlib

Bakı. 3 may. REPORT.AZ/ Bu ilin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 184 mindən çox miqrant gəlib. "Report" TASS-a istinadən xəbər verir ki, 1300-ə yaxın adam isə Avropa ölkələrinə gəlmək istərkən ölüb və ya itkin düşüb.

"Hesablamalarımıza görə, 2016-ci ildə 184 546 qaçqın və miqrant dəniz yolu ilə Avropaya gəlib", - deyə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəsmi nümayəndəsi Coel Millman Cenevrədə keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, ölən və ya itkin düşənlərin sayı isə 1357 nəfər olub.

Məlumata görə, Yunanıstana 154 862, İtaliyaya 28 593, İspaniyaya 1063, Kiprə 28 miqrant gəlib.

C.Millman qeyd edib ki, 2015-ci il 2016-cı illə müqayisədə "daha ölümcül" olub. Belə ki, ötən ilin ilk 4 ayı ərzində Aralıq dənizində 1733 nəfər həyatını itirib ki, cari ildə bu göstərici 22% azalıb. Eyni zamanda, o, 2016-cı ilin ilk 4 ayı ərzində Avropaya gələnlərin ümumi sayının ötən illə (52 750) müqayisədə çox olduğunu da qeyd edib.

Son xəbərlər

Orphus sistemi