Birləşmiş Ərəb Əmirlikləri parlamentinə ilk dəfə qadın sədr seçilib

Birləşmiş Ərəb Əmirlikləri parlamentinə ilk dəfə qadın sədr seçilib Ölkədə Federal Milli Şuraya ümumi seçkilər bu ilin oktyabrında keçirilib
Digər ölkələr
19 Noyabr , 2015 04:04
Birləşmiş Ərəb Əmirlikləri parlamentinə ilk dəfə qadın sədr seçilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasına ilk dəfə olaraq qadın sədr seçilib. BƏƏ-nin “WAM” rəsmi informasiya agentliyi bildirir ki, bu vəzifəni Amal əl-Kobeysi tutub.

BƏƏ-nin Federal Milli Şurası daha çox konsultativ funksiyaları olan qanunverici orqandır. Bu orqan 40 nəfərdən təşkil olunub. Onun yarısı birbaşa səsvermə, digər hissəsi isə yeddi əmirliyin hakimləri tərəfindən təyin edilir.

Ölkədə Federal Milli Şuraya ümumi seçkilər bu ilin oktyabrında keçirilib.

Son xəbərlər

Orphus sistemi