Birləşmiş Ərəb Əmirlikləri İordaniyaya hərbi yardım göndərib

Birləşmiş Ərəb Əmirlikləri İordaniyaya hərbi yardım göndərib BƏƏ İordaniyanın hava hücumlarına dəsrək məqsədilə F16 qırıcı təyyarələri dəstəsini göndərib
Digər ölkələr
8 Fevral , 2015 02:41
Birləşmiş Ərəb Əmirlikləri İordaniyaya hərbi yardım göndərib

Bakı. 8 fevral. REPORT.AZ/ İordaniya qırıcı təyyarələri 3 gündür İslam Dövləti yaraqlılarının hədəflərini vurmağa davam edir. Yaraqlılar isə hava hücumları nəticəsində bir amerikalı girovun öldüyünü bildirir.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, İordaniya İslam Dövlətini hədəf alan hava hücumlarının dekabr ayında Suriyada girov götürülən və vəhşicəsinə öldürülən pilotun qisasının başlanğıcı olduğunu bildirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İordaniyanın hava hücumlarına kömək məqsədilə F16 qırıcı təyyarələri dəstəsini göndərib

İordaniya və BƏƏ İraq və Suriya ərazisində zəbt edilmiş əraziləri hədəf alan ABŞ başçılıq etdiyi etdiyi hava hücumu koalisiyasına daxildir. Koalisiya qüvvələrinin hücumları bu gün davam etsə də, İslam Dövləti tərəfindən əsir götürülən amerikalı humanitar yardım işçisinin taleyi hələ də məlum deyil.

Son xəbərlər

Orphus sistemi