Bir qrup mühacir etiraz əlaməti olaraq ağızlarını tikib

Bir qrup mühacir etiraz əlaməti olaraq ağızlarını tikib Aksiya Yunanıstan-Makedoniya sərhədində keçirilib
Digər ölkələr
24 Noyabr , 2015 08:31
Bir qrup mühacir etiraz əlaməti olaraq ağızlarını tikib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bir qrup mühacir etiraz əlaməti olaraq Yunanıstan-Makedoniya sərhədində etiraz aksiyası keçirib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ağızlarını tikərək alınlarına və bədənlərinə "Ədalətli azadlıq" sözləri yazan miqrantlar, avropa strukturlarının mühacirlərə qarşı mövqeyini tənqid ediblər.

Aksiyada əsasən İrandan gələn kürd məşəli mühacirlər, habelə keçmiş Banqladeş və Mərakeş sakinləri iştirak ediblər.

Qeyd edək ki, Makedoniya höküməti miqrantların ölkəyə daxil olmasına imkan vermir.

Son xəbərlər

Orphus sistemi