Bill Klintonun həbsiylə bağlı petisiyanı təxminən yüz min nəfər imzalayıb

Bill Klintonun həbsiylə bağlı petisiyanı təxminən yüz min nəfər imzalayıb "Bu, sabiq prezident Bill Klintonun dərhal həbs edilməsi üçün çağırışdır"
Digər ölkələr
5 Mart , 2016 11:21
Bill Klintonun həbsiylə bağlı petisiyanı təxminən yüz min nəfər imzalayıb

Bakı. 5 mart. REPORT.AZ/ Bill Klintonun həbs edilməsiylə bağlı petisiyanı təxminən yüz min nəfər imzalayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets ştatının baş prokuroru Maura Heyliyə ünvanlanmış müraciətdə sabiq prezidentin guya seçki günü seçki qanunlarını kobud şəkildə pozduğuna görə həbs və mühakimə edilməsi istənilir.

"Bu, seçki kampaniyasının qanunları kobud şəkildə pozan sabiq prezident Bill Klintonun dərhal həbs edilməsi üçün çağırışdır", - deyə petisiyada qeyd olunub.

Bundan əlavə, Berni Sandersi dəstəkləyənlərdən ibarət kiçik bir qrup bu gün Hökumət Evi qarşısında etiraz aksiyası keçirəcək. Onlar ştatda baş tutmuş ilkin seçimlərdəki səsvermənin yenidən keçirilməsinə çalışır.

Xatırladaq ki, B.Klintona qarşı ittihamlar sabiq prezidentlə Bostonun meri Marti Uolşun çərşənbə axşamı Qərbi Roksberidəki seçki məntəqəsinə daxil olub seçicilərlə görüşməsi, şəkillər çəkdirməsi, eləcə də volontyorlara təşəkkür etməsindən sonra başlayıb. M.Uolşun sözçüsü isə B.Klintonla merin seçki məntəqəsinə səfərinin məqsədinin təşviqat kampaniyası olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi