Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 23 hava zərbəsi endirib

Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 23 hava zərbəsi endirib Hava zərbələri İŞİD-in Ramadi, Rakka, Mosul şəhərləri yaxınlığındaki mövqelərinə istiqamətlənib
Digər ölkələr
31 Yanvar , 2016 21:49
Beynəlxalq koalisiya İŞİD-in mövqelərinə 23 hava zərbəsi endirib

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ başçılığı ilə beynəlxalq koalisiya qüvvələrinin hərbi təyyarələri İŞİD terror qruplaşmasının Suriya və İraqdaki mövqelərinə 23 hava zərbəsi endirib.

"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi məlumata görə, bunu koalisiya qüvvələrinin rəhbərliyi bəyan edib.

Hava zərbələri İŞİD-in Ramadi, Rakka, Mosul şəhərləri yaxınlığındaki mövqelərinə istiqamətlənib.

Xatırladaq ki, ABŞ və beynəlxalq koalisiyanın təyyarələri 2014-cü il, avqustun 8-dən etibarən İraqda, sentyabrın 23-dən isə Suriyada İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələr endirir.

Son xəbərlər

Orphus sistemi