Beynəlxalq koalisiya İraq və Suriyada "İŞİD"-ə məxsus 30 hədəfi məhv edib

Beynəlxalq koalisiya İraq və Suriyada "İŞİD"-ə məxsus 30 hədəfi məhv edib Aviazərbələrin əksəriyyəti İraq ərazisindəki hədəfləri yönəldilib
Digər ölkələr
12 Sentyabr , 2015 05:40
Beynəlxalq koalisiya İraq və Suriyada İŞİD-ə məxsus 30 hədəfi məhv edib

Bakı. 12 sentyabr. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya aid hərbi təyyarələr İraq və Suriya ərazisində terrorçu "İŞİD" qruplaşmasına məxsus 30 mövqelərə havadan zərbələr endirib.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ komandanlığı xəbər yayıb. Aviazərbələrin əksəriyyəti İraq ərazisindəki hədəfləri yönəldilib.

Nəticədə terrorçulara məxsus döyüş maşını, silah və yaraqlıların atəş mövqeləri məhv edilib.

Son xəbərlər

Orphus sistemi