Buxarestdə gecə klubunda ölənlərin sayı 51 nəfərə çatıb

Buxarestdə gecə klubunda ölənlərin sayı 51 nəfərə çatıb Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir
Digər ölkələr
12 Noyabr , 2015 02:57
Buxarestdə gecə klubunda ölənlərin sayı 51 nəfərə çatıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarestdəki “Clubul Colectiv” gecə klubunda oktyabrın 30-undan 31-inə keçən gecə baş vermiş yanğında ölənlərin sayı 51 nəfərə çatıb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, ağır vəziyyətdə NATO-nun xüsusi təyyarəsi ilə Britaniyaya aparılan 18 yaşlı Vladut Roberto Endi ilə 19 yaşlı Elen Nitunu həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Gecə klubunda yanğına səbəb kimi pirotexnikadan istifadə göstərilir.

Yanğından sonra Rumıniyanın müxtəlif şəhərlərində etiraz aksiyaları başlayıb.

Son xəbərlər

Orphus sistemi