​Bəşşar Əsəd rejimi də terrorçu PKK-nın Suriyadakı qolunu dəstəklədiyini açıqlayıb

​Bəşşar Əsəd rejimi də terrorçu PKK-nın Suriyadakı qolunu dəstəklədiyini açıqlayıb Türkiyənin baş naziri Əhməd Davudoğlu "PYD"ni Rusiya və Suriyanın muzdlu əsgəri adlandırıb
Digər ölkələr
17 Fevral , 2016 12:22
​Bəşşar Əsəd rejimi də terrorçu PKK-nın Suriyadakı qolunu dəstəklədiyini açıqlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ Suriyadakı Bəşşar Əsəd rejimi də ABŞ və Rusiya ilə yanaşı terrorçu PKK qruplaşmasının Suriyadakı qolları "PYD" və "YPG"ni dəstəkləyir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Əsəd rejiminin BMT-dəki nümayəndəsi Bəşar Cəfəri BMT Təhlükəsizlik Şurasının toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib.

O, "PYD"yə işarə edərək, ABŞ-ın Suriyada "kürdlərin qruplaşmalarına" dəstək verdiyini, Türkiyənin isə rəsmi Vaşinqtondan bu siyasətindən əl çəkməsinin istədiyini vurğulayıb: "ABŞ tərəfindən dəstəklənən kürdlərin bu qrupunu Suriya hökuməti (Bəşşar Əsəd rejimi nəzərdə tutur- "Report") dəstəkləyir. Suriya hökumət ordusu ilə kürdlərin Suriyanın şimalında qazanılan qələbələri birlikdə Suriya xalqının zəfəridir".

Əsədin diplomatı türk jurnalistin "Suriya ilə bağlı danışıqlar, müzakirələr zamanı "PYD" niyə rejimin yanında yer almır" sualını cavablandırmayıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu "PYD"ni Rusiya və Suriyanın muzdlu əsgəri adlandırıb. 

Son xəbərlər

Orphus sistemi