Bakı. 3 sentyabr. REPORT.AZ/ Suriya prezidenti Bəşər Əsəd ölkəsində yaşanan qanlı münaqişənin həllinə dair İran tərəfindən hazırlanan sülh planını dəstəklədiyini bəyan edib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, rəsmi Tehranın planını "məhsuldar siyasi təşəbbüs" adlandıran Suriya prezidenti bildirib ki, istənilən təklif Suriya xalqının iradəsini nəzərə almalıdır.
Xatırladaq ki, İranın Xarici İşlər Nazirinin Cavad Zərifini avqustun 12-də açıqladığı sülh planı döyüşlərin dərhal dayandırılmasını, vahid hökümətin formalaşdırılmasını və beynəlxalq müşahidəçilərin iştirakı ilə seçkilərin keçirilməsini nəzərdə tutur.