Berlində yüzlərlə insan Merkelin siyasətinə qarşı mitinqə çıxıb

Berlində yüzlərlə insan Merkelin siyasətinə qarşı mitinqə çıxıb Mitinqdə müxalifət partiyalarının nümayəndələri iştirak ediblər
Digər ölkələr
12 Mart , 2016 23:15
Berlində yüzlərlə insan Merkelin siyasətinə qarşı mitinqə çıxıb

Bakı. 12 mart. REPORT.AZ/ Şənbə günü bir neçə yüz insan Berlində Almaniyanın kansleri Angela Merkelin siyasətinə qarşı mitinqdə iştirak ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, polisin məlumatına görə, mitinqdə iki mindən çox insan iştirak edib.

Aksiya mərkəzi vağzal yaxınlığındakı meydanda keçirilib. Mitinqdə müxalifət partiyaları, xüsusilə də, sağçı “Almaniya üçün alternativlər” partiyasının nümayəndələri iştirak ediblər. Mitinqə toplaşanlar əllərində Almaniya və anti-İslam hərəkətı "Peqida"nın bayraqlarını tutublar.

Son xəbərlər

Orphus sistemi