Berlində ABŞ səfirliyi yaxınlığında bomba ilə təhdid edən şəxs həbs olunub

Berlində ABŞ səfirliyi yaxınlığında bomba ilə təhdid edən şəxs həbs olunub Ərazi polis tərəfindən mühasirəyə alınıb, çemodanın içi yoxlanılır
Digər ölkələr
11 Mart , 2016 14:21
Berlində ABŞ səfirliyi yaxınlığında bomba ilə təhdid edən şəxs həbs olunub

Bakı. 11 mart. REPORT.AZ/ Berlin polisi ABŞ səfirliyinə girməyə çalışan və çemodanında bomba olduğunu söyləyən şəxsi həbs edib.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Polis nümayəndəsinin bildirdiyinə görə, həmin kişini bu gün səhər səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşları saxlayıb.

Saxlanılan şəxsin adı açıqlanmır. Polisdən isə məlumat verilib ki, həmin adamda psixoloji qeyri-sabitlik əlamətləri var.

Ərazi polis tərəfindən mühasirəyə alınıb, çemodanın içi yoxlanılır.

Son xəbərlər

Orphus sistemi