​Belçikanın nəqliyyat naziri istefa verib

​Belçikanın nəqliyyat naziri istefa verib Ölkənin baş naziri Şarl Mişel nazirin istefasını artıq qəbul edib
Digər ölkələr
15 Aprel , 2016 13:58
​Belçikanın nəqliyyat naziri istefa verib

Bakı. 15 aprel. REPORT.AZ/ Belçikanın nəqliyyat naziri Jaklin Qalan istefa verib. "Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Jaklin Qalanın istefasına səbəb kimi terrordan əvvəl Brüssel beynəlxalq hava limanının təhlükəsizliyinin problemlərindən xəbərdar olması göstərilib.

Ölkənin baş naziri Şarl Mişel nazirin istefasını artıq qəbul edib.

Xatırladaq ki, martın 22-də Brüsseldə "Maelbek" metro stansiyasında törədilən partlayış nəticəsində 20, hava limanında törədilən iki partlayış nəticəsində isə 14 nəfər ölüb. Azı 340 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi