Bakı. 21 noyabr. REPORT.AZ/ "Belçika hakimiyyətində olan məlumata əsasən, Parisdəki hadisələrə oxşar terrorla Brüssel də üzləşə bilər".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Belçikanın baş naziri Şarl Mişel ölkə paytaxtında terror təhlükəsizliyi ilə bağlı görülən tədbirlərdən danışarkən bildirib.
Onun sözlərinə görə, bir neçə nəfərdən ibarət qrup Parisdəkinə oxşar terrorları Brüsseldə də törətmək istəyir: "Bu səbəbdən də Belçikada terror təhlükəsizliyinə qarşı tədbirlər gücləndirilib".
Xatırladaq ki, Belçika hökuməti terror təhlükəsi ilə bağlı noyabrın 21-də paytaxt Brüsseldə metroya girişi bağlayıb. Hakimiyyət sakinləri insanların çox sıx olduğu yerlərə - ticarət mərkəzləri, konsertlər və başqa kütləvi tədbirlərə getməkdən çəkinməyə çağırıb.