​Belçikada müsəlmanlar üçün ilk orta məktəb açılıb

​Belçikada müsəlmanlar üçün ilk orta məktəb açılıb Məktəb ilk vaxtlarda 120 şagird üçün nəzərdə tutulub və gələcəkdə bu rəqəm 660-a çata bilər
Digər ölkələr
16 İyul , 2015 13:29
​Belçikada müsəlmanlar üçün ilk orta məktəb açılıb

Bakı. iyul 16. REPORT.AZ/ Valloniya-Brüssel federal dairəsinin hökuməti paytaxtdakı Skarbeek icmasında Belçikada ilk dəfə olaraq islam orta məktəbinin açılmasına icazə verib. Bu barədə "Report" RİA "Novosti"-yə istinadən xəbər verir.

Yeni açılan təhsil ocağı sentyabrın 1-dən fəaliyyətə başlayacaq. İlk vaxtlarda məktəbdə 120 şagird oxuyacaq, gələcəkdə isə məktəbdə 660 şagirdin təhsil alması nəzərdə tutulur.

Qeyd edək ki, Belçika əhalisinin sayı 11,2 milyon nəfərdən artıqdır, onların 600 mindən çoxu müsəlmanlardır.

Son xəbərlər

Orphus sistemi