​Belçika üç ölkədəki səfirliyini bağlayıb

​Belçika üç ölkədəki səfirliyini bağlayıb Belçikanın Azərbaycandakı diplomatik missiyası öz işini davam etdirəcək
Digər ölkələr
13 İyul , 2015 17:19
​Belçika üç ölkədəki səfirliyini bağlayıb

Bakı. 13 iyul. REPORT.AZ/ Belçika üç ölkədəki səfirliyini bağlayıb.

"Report" Belçika Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu ölkənin Lyublyana (Sloveniya), Bratislava (Slovakiya) və Riqadakı (Latviya) səfirlikləri bağlanıb.

Belçikanın bu ölkələrdəki maraqlarını ölkənin Avstriyadakı səfirliyi təmsil edəcək.

Bundan əlavə, Belçika bir sıra ölkələrdə, o cümlədən Kipr, Əfqanıstan, Konqo, Litva, Liviya və digər ölkələrdəki səfirlik və baş konsulluqlarının fəaliyyətini dayandırmağı planlaşdırır. Bu tədbirlər maliyyə vəsaitinin qənaəti ilə əlaqədar həyata keçirilir.

Belçikanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, həmin dəyişikliklər bu ölkənin Bakıdakı diplomatik missiyasının işinə təsir göstərməyəcək və səfirlik fəaliyyətini adi qaydada davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi