​Belçika parlamentinin türk əsilli deputatı partiyadan çıxarılıb

​Belçika parlamentinin türk əsilli deputatı partiyadan çıxarılıb Mahinur Özdəmir 1915-ci ildə Osmanlı dövlətindəki hadisəni "soyqırım" adlandırmaqdan imtina edib
Digər ölkələr
16 Dekabr , 2015 13:20
​Belçika parlamentinin türk əsilli deputatı partiyadan çıxarılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Belçika parlamentinin türk əsilli deputatı Mahinur Özdemir Demokratik Humanist Mərkəz Partiyası (DHMP) üzvülüyündən çıxarılıb.

"Report" xəbər verir ki, bu haqda İstanbulda çıxan erməni dilli qəzet məlumat yayıb.

Məlumata görə, 1915-ci ildə Osmanlı dövlətindəki hadisəni "soyqırım" adlandırmaqdan imtina etdiyi üçün partiyanın Etika Komissiyası Mahinur Özdəmirin təşkilatdan çıxarılması haqda qərar qəbul edib.

Qeyd edək ki, bu ilin yazında onun partiya sıralarından çıxarılması haqda qərar qəbul edilmişdi. Ancaq sonradan məsələyə DHMP-nin etkia komitəsi də baxıb.

Mahinur Özdəmir bildirib ki, söz və fikir azadlığı var və bu hüquqdan istifadə edib: "Mən də bu hüquqlarımdan istifadə edərək, 1915-ci il hadisələrinin "soyırımla" heç bir əlaqəsinin olmadığını demişəm".

Son xəbərlər

Orphus sistemi