​Belarus prezidenti: "Rusiya bazarına yalvarmağı dayandırmaq lazımdır"

​Belarus prezidenti: "Rusiya bazarına yalvarmağı dayandırmaq lazımdır" O, gələn il ölkəni çətin imtahan gözlədiyini söyləyib
Digər ölkələr
16 Dekabr , 2014 10:43
​Belarus prezidenti: Rusiya bazarına yalvarmağı dayandırmaq lazımdır

Bakı. 16 dekabr. REPORT.AZ/ Belarus prezidenti Aleksandr Lukeşenko hökuməti Rusiyaya "yalvarmağı dayandırıb", yeni tədarük bazarının axtarışı ilə məşğul olmağa çağırıb.

"Report" "newsru.com"a istinadən xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Nazirlər Kabinetinin bu məsələni həll etməsi üçün bir neçə həftəsi var, əks halda respublikanı devalvasiya, sənayedə ixtisar, defolt və işsizlik gözləyir.

"Rusiya qardaş dövlət olsa da, bu ölkənin bazarına yalvarmağı dayandırmağın zamanı çatıb. Onların bazarının dağıldığını görürsünüz. Onların ardınca biz də uçacağıq. Əvvəllər biz onlara 85 faiz mal ixrac edirdiksə, indi bu rəqəm 45 faizə enib.

Bizim əsas bazarımız olan Rusiya batdı. Ukraynada - başlıca bazarlarımızdan birində müharibə gedir. Bu gün onların "MAZ", "BelAZ"ları satın almağa halları yoxdur", - Belarus lideri vurğulayıb.

O, gələn il ölkəni çətin imtahan gözlədiyini söyləyib. 

Son xəbərlər

Orphus sistemi