​Belarus prezidenti Aleksandr Lukaşenko əməliyyat olunub

​Belarus prezidenti Aleksandr Lukaşenko əməliyyat olunub Prezident xokkey məşqlərindən biri zamanı zədələnib
Digər ölkələr
23 Noyabr , 2014 01:08
​Belarus prezidenti Aleksandr Lukaşenko əməliyyat olunub
Bakı. 23 noyabr. REPORT.AZ/Belarus prezidenti Aleksandr Lukaşenko diz oynağından əməliyyat olunub.

"Report" xəbər verir ki, prezident xokkey məşqlərindən biri zamanı zədələnib.

Əməliyyat əvvəlcədən planlaşdırılsa da, Lukaşenkonun sıx iş cədvəli səbəbindən, bunu etmək mümkün olmayıb.

Hazırda dövlət başçısının özünü qənaətbəxş hiss etdiyi bildirilir. Onun tam olaraq ayağa qalxması üçün 3-4 gün tələb olunacaq.

Son xəbərlər

Orphus sistemi