Belarus beynəlxalq ictimaiyyəti "yeni dünya nizamı" yaratmağa çağırıb

Belarus beynəlxalq ictimaiyyəti "yeni dünya nizamı" yaratmağa çağırıb Yeni sistem dövlətə əsaslanmalı və hər şeyi özündə birləşdirməlidir
Digər ölkələr
27 Sentyabr , 2016 01:14
Belarus beynəlxalq ictimaiyyəti yeni dünya nizamı yaratmağa çağırıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Belarus beynəlxalq ictimaiyyəti "yeni dünya nizamı" yaratmağa çağırıb.

"Report" xəbər verir ki, bunu sözügedən ölkənin xarici işlər nazirinin müavini Valentin Rıbakov bildirib.

Onun sözlərinə görə, yeni sistem dövlətə əsaslanmalı, hər şeyi özündə birləşdirməli və ayrı-ayrı ölkələrlə bağlı olmamalıdır.

Rıbakov qeyd edib ki, ümumilikdə dünya iqtisadiyyatında "müsbət tendensiya" nəzərə çarpıb. Bu, onun sözlərinə görə, dövlət və bazar arasında qüvvələr balansının bərpa olunmasından qaynaqlanır.

"Belarus həmişə və hər şeydən əvvəl iqtisadiyyatda güclü dövlət ideyasına sadiqdir. Biz bu siyasəti gələcəkdə də həyata keçirəcəyik. Belarus xalqının cari ilin yayında 5-ci Ümumbelarus Xalq Məclisində dəqiq ifadə etdiyi iradəsi belədir", - deyə o bildirib.

Rıbakov qeyd edib ki, əgər BMT dövlətləri stabil inkişaf məqsədlərinin reallaşdırılmasına ciddi kökləniblərsə, o zaman onlar dünyada stabilliyi bərpa etməli və artmaqda olan xaosun qarşısını almalıdırlar.

Belarus nümayəndəsinin fikrincə, bu vəzifənin həlli mümkündür.

Son xəbərlər

Orphus sistemi