Bəhreynin hökuməti buraxılıb

Bəhreynin hökuməti buraxılıb Bəhreynin baş naziri Şeyx Xəlifə bin Salman Əl-Xəlifə hökumətinin buraxıldığını elan edib
Digər ölkələr
1 Dekabr , 2014 01:38
Bəhreynin hökuməti buraxılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Bəhreynin baş naziri Şeyx Xəlifə bin Salman Əl-Xəlifə hökumətinin buraxıldığını elan edib. Bu qərar deputatlar Palatasına keçirilmiş seçkilər nəticəsində hökumət rəhbəri tərəfindən qəbul olunub.

"Report"un Lenta.ru-ya istinadən verdiyi məlumata görə, baş nazir bəyanatında bildirib ki, Konstitusiyanın 33-cü maddəsinə əsasən, yeni parlamentin işə başlaması ilə əlaqədar hökumət istefaya getməlidir. Bununla bağlı ərizə Əlahəzrət kral Həmədəyə təqdim olunacaq.

Qeyd edək ki, noyabrın 29-da Bəhreyndə ümumi parlament seçkilərinin ikinci turu keçirilib. Səsvermənin nəticələrinə görə, parlamentdə 27 yeri sünni deputatlar, 14 yeri isə şiə deputatlar tutublar.

Son xəbərlər

Orphus sistemi