Baş katibin müavini: "NATO Şərqi Avropada kontingentini artırır"

Baş katibin müavini: "NATO Şərqi Avropada kontingentini artırır" "NATO kontingentinin şərqdə iştirakı daha əhəmiyyətli olacaq"
Digər ölkələr
9 Sentyabr , 2014 14:39
Baş katibin müavini: NATO Şərqi Avropada kontingentini artırır
Bakı. 9 sentyabr. REPORT.AZ/ Şərqi Avropada NATO kontingentinin artırılması müdafiə xarakteri daşıyır və Rusiya-NATO əsas aktının müddəalarına uyğun olaraq planlaşdırılır. Report-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin müavini Aleksandr Verşbou bəyan edib. 

"Uelsdə alyansın hərbi hazırlığının təmin olunma planının qəbul edilməsi nəticəsində NATO kontingentinin şərqdə iştirakı daha əhəmiyətli olacaq, bununla yanaşı alyans tez-tez  müntəzəm təlimlər keçirəcək. Bu, Rusiyanın hərəkətlərini qabaqcadan müəyyən etmək məqsədilə edilir və bu addım tamamilə doğrudur. Lakin bu tədbirlər sırf müdafiə xarakteri daşıyır və qətiyyən Rusiyaya qarşı yönəlməyib. Bu addımlar Rusiya-NATO əsas aktına müvafiq olaraq atılır" - deyə, Verşbou Uelsdə keçirilən alyans sammitinin nəticələrinə həsr olunmuş video-körpü zamanı bildirib. 

NATO-nun üzv ölkələri Uelsdə keçirilən sammitdə alyansın kollektiv müdafiəsi üzrə plan qəbul ediblər və yaradılmış çevik hərəkət qüvvələrin parametrləri barədə razılığa gəliblər.  Şərqi Avropada çevik hərəkət qüvvələrin bölmələri bir neçə min hərbçidən ibarət olacaq. 

Son xəbərlər

Orphus sistemi