Bakı. 30 yanvar. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə İsrail-Türkiyə münasibətlərinin normallaşması mövzusunu müzakirə edib.
"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Aralıq dənizi hövzəsində enerji sahasində əməkdaşlıq məsələsinə də toxunublar.
Ağ evin yaydığı məlumatda, qeyd olunur ki, C.Baydenlə B.Netanyahu bu məsələləri hələ Davos İqtisadi Forumu çərçivəsində keçirdikləri görüş zamanl diqqət mərkəzində saxlayıblar.