​Baş Qərargah: "Rusiya Suriya müxalifətindən terrorçuların koordinatlarını əldə edir"

​Baş Qərargah: "Rusiya Suriya müxalifətindən terrorçuların koordinatlarını əldə edir" "İŞİD-lə 150-dən yuxarı qruplaşma mübarizə aparır"
Digər ölkələr
15 Dekabr , 2015 21:57
​Baş Qərargah: Rusiya Suriya müxalifətindən terrorçuların koordinatlarını əldə edir

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya hərbçiləri "İraq-Şam İslam Dövləti" terror qruplaşmasına (İŞİD) qarşı döyüşən Suriya müxalifəti ilə daima əlaqədədir və ondan terrorçulara məxsus obyektlərin koordinatlarını əldə edir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-leytenant Sergey Rudskoy məlumat verib.

Onun sözlərinə görə, müxalifətin bir hissəsi artıq Suriya ordusu ilə qarşılıqlı əməkdaşlıq edir və belələrinin sayı 5 min nəfərdən çoxdur.

"Onlarla əlaqə qurulub və bu əlaqə daim dəstəklənir. Müxalifət qruplaşmaları Rusiyanın aviasiya qrupu komandanlığına terrorçulara məxsus obyektlərin koordinatlarını verirlər", - deyə Rudskoy bildirib.

O, həmçinin qeyd edib ki, İŞİD-lə 150-dən yuxarı qruplaşma mübarizə aparır.

"Suriya Silahlı Qüvvələrinin quru əməliyyatlarının uğuruna İŞİD-lə döyüşən müxalifətin hərəkətləri yardım edir. Hazırda Suriya ərazisində 150-dən çox belə qruplaşma var", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi