Bakı. 14 noyabr. REPORT.AZ/ Şimali Atlantika Alyansı (NATO) Rusiya sərhədləri yaxınlığında hərbi kontingentini artırıb. "Report" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "Bild" tabloidinə müsahibəsində bildirib.
O qeyd edib ki, dünya yeni soyuq savaşın astanasındadır.
"Artıq xarici sərhədlərdə daha çox patrul uçuşları yerinə yetirilir. Biz Şərqi Avropadan daha çox hərbi bölmələr göndəririk. NATO bir gündən bir yeni təlimlər keçirir. Biz çevik reaksiya qüvvələrimizin hazırlığını artırmışıq", - deyə Y.Stoltenberq qeyd edib.
NATO-nun baş katibi həmçinin Moskvanı Ukraynaya silah göndərməkdə ittiham edib: "Son günlər biz Rusiyanın Ukraynaya silah, sursat, artilleriya, tanklar və raketlər göndərdiyini müşahidə edirik. Prezident Putin atəşkəs haqqında müqavilələri və Ukraynanın suverenliyini pozub".