NATO müdafiə nazirləri Şərqi Avropada hərbi texnika yerləşdirilməsini müzakirə edəcəklər

NATO müdafiə nazirləri Şərqi Avropada hərbi texnika yerləşdirilməsini müzakirə edəcəklər Söhbət beş NATO ölkəsində hərbi texnika və avadanlığın yerləşdirilməsindən gedir
Digər ölkələr
18 İyun , 2015 17:21
NATO müdafiə nazirləri Şərqi Avropada hərbi texnika yerləşdirilməsini müzakirə edəcəklər

Bakı. 18 iyun. REPORT.AZ/ NATO müdafiə nazirləri gələn həftə Brüsseldə Şərqi Avropada hərbi texnika və avadanlıqların yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Polşa baş nazirinin müavini, bu ölkənin müdafiə naziri Tomaş Semonyakla birgə Sventoşovada baş tutan Noble Jump ("Nəcib sıçrayış") adlı hərbi təlimlərdən sonra keçirdiyi mətbuat konfransında verdiyi açıqlamasında deyib.

"Hərbi texnika uyğun məkanlarda yerləşdirilməlidir", - Stoltenberq bildirib. 

"Biz bu məsələni gələn həftə müzakirə edəcəyik. Ümid edirəm ki, Şərqi Avropada bu qüvvələrin yerləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq", - NATO baş katibi qeyd edib.

Semonyakın sözlərinə görə, söhbət bir briqada üçün beş NATO ölkəsində hərbi texnika və avadanlığın yerləşdirilməsindən gedir. 

Son xəbərlər

Orphus sistemi