Barak Obamanın büdcə planının 50 milyardı Amerikanın xarici siyasətinin payına düşür

Barak Obamanın büdcə planının 50 milyardı Amerikanın xarici siyasətinin payına düşür ABŞ prezidentinin büdcə planının Konqresdə kəskin etirazla üzləşəcəyi gözlənilir
Digər ölkələr
4 Fevral , 2015 21:45
Barak Obamanın büdcə planının 50 milyardı Amerikanın xarici siyasətinin payına düşür

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ prezidentinin 4 trilyonluq büdcə planının 50 milyardı Amerikanın xarici siyasətinin payına düşür.

"Report" Amerikanın Səsinə istinadla xəbər verir ki, Barak Obamanın diplomatiya və xarici yardımlar üçün istədiyi bu məsrəf 2016-cı il büdcəsinin bir faizini təşkil edir.

Dövıət katibinin menecment və resurslar üzrə müavini Heter Hiqqinbottomun dediyinə görə, Vaşinqton Amerikanın qlobal liderliyinin saxlanmasını təminat altına almaq istəyir. “Büdcə tələbi ABŞ-ın dünyada təhlükəsizlik, firavanlıq və Amerika xalqının dəyərlərinin qorunub saxlaması məqsədi daşıyır.”

Vaşinqtonun tələb etdiyi xərcin əsas hissəsi diplomatiya və daxili təhlkükəsizlik səylərinə yönəlir. Buraya müttəfiqlər qarşısında öhdəliklərə əməl edilməsi, münaqişələrə yol verilməməsi, silahların yayılmasına mane olunması və sülhməramlı fəaliyyətlər daxildir.

Hiqqinbottomun dediyinə görə, 7 milyard dollarlıq vəsait xarici əməliyyatlar, başqa sözlə milli təhlükəsizlik təlabatının qarşılanması üçündür.

“Bu fond Əfqanıstan, Pakistan və İraqda İslam Dövlətinə qarşı mübarizə, Suriya münaqişəsinin həlli və Ukraynaya dəstək verilməsi üçün ayrılıb.”

Hiqqinbottom bu il tələb olunan büdcənin ötən illə müqayisədə 6 faiz çox olduğunu deyib.

Barak Obamanı büdcə planının Konqresdə səsə qoyulması ilə kəskin etirazla üzləşəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi