Barak Obama: "Suriyada atəşkəs təhlükə altındadır"

Barak Obama: "Suriyada atəşkəs təhlükə altındadır" ABŞ prezidenti: "Rusiya Suriyanın dövlət strukturunun saxlanmasında çox maraqlıdır, biz də buna etiraz etmirik"
Digər ölkələr
19 Aprel , 2016 16:53
Barak Obama: Suriyada atəşkəs təhlükə altındadır

Bakı. 19 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə baş tutan telefon danışığı barəsində məlumat verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, B.Obama V.Putinin zəng vurmasının məqsədinin Suriyada atəşkəsin təhlükə altında olduğunu və getdikcə dah çox kövrəkləşdiyini bildirmək olduğunu bildirib.

"ABŞ və Rusiya öz səylərini sinxronizasiya etməsə, biz yenə üç-dörd həftə əvvəlki vəziyyətə qayıda bilərik", - deyə B.Obama CBS telekanalına müsahibəsində vurğulayıb.

Obamanın fikrincə, Rusiya Suriyanın dövlət strukturunun saxlanmasında çox maraqlıdır, onlar isə buna etiraz etmir.

Qeyd edək ki, Suriyada ABŞ və Rusiyanın şərtlərini fevralın 22-də elan etdiyi atəşkəs bundan 5 gün sonra - fevralın 27-də Dəməşq vaxtı ilə 00:00-da başlayıb. 

Son xəbərlər

Orphus sistemi