Barak Obama ötən il üçün gəlirlərini açıqlayıb

Barak Obama ötən il üçün gəlirlərini açıqlayıb ABŞ prezidenti 2015-ci ildə son dörd il ərzində ən az gəlir əldə edib
Digər ölkələr
16 Aprel , 2016 09:37
Barak Obama ötən il üçün gəlirlərini açıqlayıb

Bakı. 16 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel 2015-ci il üçün vergi bəyannaməsini açıqlayıb. 

"Report" "CNN Money"ə istinadən xəbər verir ki, bəyannaməyə əsasən, ötən il onlar 436 065 dollar qazanıb və 81 min dollar məbləğində vergi ödəyiblər. 

Məlumata görə, bu onların son dörd il ərzində əldə etdikləri ən az gəlirdir. Bu hal ABŞ prezidentinin yazdığı kitabların satışının azalması ilə bağlıdır. 

Barak Obamanın xanımı Mişel il ərzində gəlir əldə etməyib və vergi sənədlərində "birinci xanım" vəzifəsində işlədiyini qeyd edib. 

Öz gəlirlərindən 64 min dollar məbləğində vəsaiti Barak və Mişel Obama xeyriyyə məqsədləri üçün xərcləyiblər.

ABŞ qanunlarına görə, prezident öz vergi bəyannəməsini açıqlamağa məcbur deyil, lakin Ağ Evin bütün başçıları, eləcə də prezident postuna namizədlər ənənəvi olaraq bunu edir.

Son xəbərlər

Orphus sistemi