​Barak Obama ölkənin müdafiə nazirini istefaya göndərib

​Barak Obama ölkənin müdafiə nazirini istefaya göndərib Heyqel sələfi təyin olunanadək öz postunda qalacaq
Digər ölkələr
24 Noyabr , 2014 21:48
​Barak Obama ölkənin müdafiə nazirini istefaya göndərib
Bakı. 24 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ölkənin müdafiə naziri Çak Heyqeli istefaya göndərib.

"Report" CNN-ə istinadən xəbər verir ki, 2013-cü ildən bu vəzifəni tutan Heyqel sələfi təyin olunanadək öz postunda qalacaq.

Yerli mətbuatın məlumatına görə, Heyqelin işdən çıxarılması "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının nüfuzunun yayılması ilə əlaqədardır.

Prezident Administrasiyası nümayəndəsinin sözlərinə görə, yeni terror təhlükəsi ilə mübarizə aparmaq üçün yeni yanaşma lazımdır.

Namizədlər sırasında ABŞ müdafiə nazirinin sabiq müafini Mişel Flurn, senator Cek Rid və müdafiə nazirinin keçmiş birinci müavini Eşton Karterin adı çəkilir.

Son xəbərlər

Orphus sistemi