​Barak Obama Liviyaya müdaxiləni ən böyük səhvi adlandırıb

​Barak Obama Liviyaya müdaxiləni ən böyük səhvi adlandırıb O, prezidentin bəzən ehtimallar əsasında qərar qəbul etdiyini deyib
Digər ölkələr
2 İyun , 2016 06:37
​Barak Obama Liviyaya müdaxiləni ən böyük səhvi adlandırıb

Bakı. 2 iyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama əvvəlki kimi Liviya münaqişəsinə hərbi müdaxiləni xarici siyasət sahəsində ən böyük səhvi hesab edir.

"Report" xəbər verir ki, çərşənbə günü İndiana ştatının Elkhart şəhərində çıxış edən Amerika administrasiyasının rəhbəri etiraf edib ki, hazırda bu ərəb ölkəsində xaos hökm sürür.

"Əvvəl də dediyim kimi, ən böyük xarici siyasət səhvim kimi beynəlxalq koalisiyanın tərkibində Liviyaya müdaxiləni hesab edirəm", - deyə o PBS teleşirkətinin təşkil etdiyi görüşdə amerikalıların suallarını cavablandırarkən bildirib.

Obama NATO ölkələrinin Müəmmar Qəddafi rejimi ilə mübarizə aparan üsyançıları dəstəklədiyini, lakin zamanında stabilliyi təmin edə və ölkənin yeni hökumətinin formalaşdırılmasına köməklik göstərə bilmədiklərini xatırladıb.

O bildirib ki, əgər zamanı geri çəkmək mümkün olsaydı, ABŞ prezidenti daxili siyasət işlərində də özünü bir qədər başqa cür aparardı. Prezdentin sözlərinə görə, o, 2008-ci il iqtisadi tənəzzülünün ciddi nəticələri barədə amerikalıları məlumatlandırardı.

"Ola bilsin ki, mən dərhal bəyan etməli idim ki, bundan sonra bərpa prosesi ən azı 3-4 il çəkəcək", - deyə Obama əlavə edib.

O, həmçinin bildirib ki, böyük siyasətdə səhvlər adətən yoxlanmış və etibarlı məlumatın olmaması səbəbindən baş verir. Obama qeyd edib ki, hətta prezident bəzən dəqiq məlumatlara əsasən deyil, yalnız ehtimallara söykənən qərarlar qəbul etmək məcburiyyətində qalır.

Son xəbərlər

Orphus sistemi