Barak Obama Kuba xalqına səslənəcək

Barak Obama Kuba xalqına səslənəcək Kuba lideri Raul Kastro ilə görüşdən sonra Obamanın çıxışı nəzərdə tutulub
Digər ölkələr
17 Mart , 2016 04:44
Barak Obama Kuba xalqına səslənəcək

Bakı. 17mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Havana səfəri çərçivəsində Kuba xalqına müraciət edəcək. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmiləri bildiriblər.

Belə ki, Kuba lideri Raul Kastro ilə görüşdən sonra Obamanın çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Barak Obama, adaya səfər edəcək ikinci ABŞ prezidenti olacaq. İlk dəfə Calvin Coolidge 1928-ci ildə Kubaya səfər etmişdi.

Xatırladaq ki, Kuba və ABŞ 1959-cu ildə münasibətlərini dondurub. 2015-ci il dekabrın 17-də isə Barak Obama Kuba ilə münasibətləri normallaşdırmaq üzrə kursa başlandığını açıqlayıb. Bir müddət sonra Vaşinqton və Havanada iki ölkənin səfirlikləri açılıb.

Son xəbərlər

Orphus sistemi