​Barak Obama Hillari Klintonu demokratlar arasında ilkin seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

​Barak Obama Hillari Klintonu demokratlar arasında ilkin seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib ABŞ prezidenti Hillari Klintona və Barni Sandersə zəng edib
Digər ölkələr
8 İyun , 2016 08:42
​Barak Obama Hillari Klintonu demokratlar arasında ilkin seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama ilkin seçkilərdə demokratlar arasında ilkin seçkilərdə qələbə qazanmış keçmiş dövlət katibi, prezidentliyə namizəd Hillari Klintonu qələbə təbrik edib. "Report"un məlumatına görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

Onun sözlərinə görə, prezident Hillari Klintona və digər namizəd, Barni Sandersə zəng edərək hər iki iddiaçı ilə telefonla danışıb.

Coş Ernest qeyd edib ki, Barak Obama Klintonu Demokratlar partiyasından prezidentliyə namizəd olmaq üçün lazımi sayda nümayəndədən dəstək alması münasibətilə təbrik edib.

Həmçinin qeyd olunur ki, prezident cümə axşamı Ağ Evdə senator Sanderslə onun xahişi ilə görüşəcək. Görüşdə amerikalıların əksəriyyəti üçün vacib olan mühüm məsələlər üzrə müzakirələrin davam etdiriləcəyi vurğulanır.

Son xəbərlər

Orphus sistemi