Barak Obama: "İŞİD-in məhvi əsas prioritetimdir"

Barak Obama: "İŞİD-in məhvi əsas prioritetimdir" "Biz, millətimiz, irqimiz, dinimizdən asılı olmayaraq terrora qarşı bir olmalıyıq”
Digər ölkələr
24 Mart , 2016 00:36
Barak Obama: İŞİD-in məhvi əsas prioritetimdir

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama terrorçu "İŞİD" təşkilatının məhvini fəaliyyətinin başlıca prioriteti adlandırıb.

"Report"-un "Amerikanın Səsi"-nə istinadən verdiyi xəbərə görə, Argentinada çıxış edən Obama Brüsseldə törədilən partlayışlarda əli olan bütün şəxslərin ədalətə cəlb edilməsi yolunda dost və müttəfiq Belçikanı dəstəkləməyə hazır olduğunu bildirib.

“Son hadisələr bir daha göstərir ki, dünya bir araya gəlməlidir. Biz, millətimiz, irqimiz, dinimizdən asılı olmayaraq terrora qarşı bir olmalıyıq,” - deyə Obama bildirib. “Mənim əsas məqsədim İŞİD-məğlub edib, dünyada baş verən bu terrorun qarşısını almaqdır.”

Son xəbərlər

Orphus sistemi